CƏMİYYƏT


Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolu yenidən qurulur

Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq təmir-tikinti işlərinə başlanılıb.
Uzunluğu 3 km olan Məmmədabad–Genişkənd avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Hərəkət hissəsinin eni 6 metr təşkil edən avtomobil yolunda texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, yol yatağı və yol əsası inşası aparılıb. Layihə əsasında yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə zəruri yerlərdə suötürücü boruların quraşdırılması işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır