SİYASƏT


Azərbaycan Ordusunda Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda 15 iyun - Milli Qurtuluş Günü ilə əlqədar silsilə tədbirlər keçirilib.
Plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.