SİYASƏT


Parisdə “Qarabağa gedən yol” sənədli filminin təqdimatı keçirilib

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı “Qarabağa gedən yol” adlı sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə səfər etmiş ERE televiziya kanalının bir qrup jurnalisti şahidi olduqları erməni vandalizmini lentə alıblar. Jurnalistlər lentə aldıqları mənzərələrlə bağlı “Qarabağa gedən yol” adlı hazırladıqları sənədli filmin təqdimatın keçiriblər.