SİYASƏT


“Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.
Təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub.
Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər.