SİYASƏT


Sevinc Fətəliyeva: Azərbaycan regionda sülhü təşviq edir

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra sülhü təşviq edir, çünki regionumuzun sabitliyini, onun davamlı inkişafını istəyirik. Daima irəli getmək, Ermənistanla qonşu ölkə kimi normal yanaşı yaşamaq istəyirik. Etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizlik hüquqlarına zəmanət veririk. Azərbaycan vətəndaşı kimi hər kəsin hüquqları Konstitusiyamızda təmin olunub.Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva qurumun yaz sessiyası çərçivəsində “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzəsinin müzakirələri zamanı çıxışında deyib.