CƏMİYYƏT


Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulur

Respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən biri də Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yenidən qurulan sözügedən yolun uzunluğu 31 kilometr təşkil edir. Yeddi min əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 kilometr hissəsi köhnə, yararsız asfalt, 20 kilometrlik hissəsi isə torpaq yoldan ibarət idi. Bu isə vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır