SİYASƏT


Niderlandın “oorlogsverhalen.com” portalında Ağdam reallıqlarını əks etdirən sənədli film yayımlanıb

Niderland Krallığında fəaliyyət göstərən “Birlikdə güclüyük” Fondunun təşəbbüsü və təşkilatçılığı ilə lentə alınmış Ağdam rayonu ilə bağlı sənədli film müharibə hekayələrindən bəhs edən “oorlogsverhalen.com” portalında yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Birlikdə güclüyük” və Niderlandın “Müharibə hekayələri” fondları Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın yaşadığı zillətləri əks etdirmək üçün Ağdam və digər rayonlarda erməni işğalının qurbanı olan insanlar, eləcə də işğalçılar tərəfindən törədilmiş vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün birgə layihə həyata keçirirlər. Ağdam rayonu ilə bağlı sənədli film həmin layihənin bir hissəsidir. Layihənin əsas məqsədi müharibənin fəlakət və ağrılarını şahidlərin vasitəsi ilə təqdim etməkdir.