İQTİSADİYYAT


Cəlilabadda 34 ədəd hidrotexniki qurğu təmir olunub

Cəlilabad Suvarma Sistemləri İdarəsi 11805 hektar əkin sahəsinin suvarılması üçün mənbə olaraq Cənubi Muğan kanalı və 3 ədəd su anbarından istifadə edir. Bunlar İncəçay, Cəfərxanlı və Göytəpə su anbarlarıdır. Ötən illə müqayisədə hər üç anbarda kifayət qədər su toplanıb. Anbarların əsas əhəmiyyəti ondan ibarətdir ki, suvarmanın qızğın vaxtında suya tələbat artarsa, anbarların suyundan istifadə edilir.