CƏMİYYƏT


Yevlaxda pilot aqropark yaradılır - artıq bağ və ting sahələrinin salınmasına başlanılıb

"Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində Yevlax rayonu ərazisində 2855 hektar sahədə pilot aqroparkın yaradılması ilə əlaqədar işlərə başlanılıb. Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəncərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır