Silahlı Qüvvələr Günü münasibətilə media-turlar təşkil edilib
24.06.2022 [16:21]
26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin Azərbaycan Ordusunun qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə media-turları təşkil edilib.
Media-turlar çərçivəsində KİV nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.