SİYASƏT


Sergey Lavrov: Rusiya ilə Azərbaycanı çoxəsrlik tellər bağlayır

Rusiya və Azərbaycanı çoxəsrlik tellər bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Rusiyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıb.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Azərbaycanın Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında söyləyib.