SİYASƏT


Hərbi orkestrlərin müşayiəti ilə hərbiçilərin yürüşləri təşkil olunub

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin Şuşa şəhərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Təyin olunmuş marşrutlar üzrə yürüş edən hərbi qulluqçular vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Hərbi orkestrlərin ifa etdikləri hərbi marşlar böyük marağa səbəb olub.