MƏDƏNİYYƏT


Sözün Şəhriyarı

Məhəmməd Hüseyn Şəhriyat klassik Azərbaycan şerinin ustadı hesab olunur. Onun fars və Azərbaycan dillərində yaratdığı əsərlər çox böyük emosional təsirə təsirə malikdir. İranın elə bir vilayəti yoxdur ki, orada Şəhriyarı oxuyub sevməsinlər. Onun məhəbbət haqqında yazdığı şerlər yalnız İranda deyil, dünyanın bir çox ölkəsində sevilir və oxunur. Şəhriyarın “Heydər babaya salam” poeması Azərbaycan xalqının həyat tərzini, yaşayışını, dünya görüşünü, adət-ənənələrini əks etdirməsinə baxmayaraq İranda yaşayan bütün xalqlar tərəfindən rəğbətlə qarşılanır.