İDMAN


"Əziz Şuşa" beynəlxalq veloyürüşü: İlk mərhələdə uğur qazanan idmançılara mükafatlar təqdim edilib

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsində uğur qazanan idmançılar mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında 21 kilometr məsafəyə fərdi ötüşmə növündə qalib gələn Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədova qızıl medalı Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev təqdim edib.