Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması sonuncu mərhələ üzrə davam edir

19.07.2022 [21:15]

Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyaslı tikinti və bərpa işləri aparılır.
Bu istiqamətdə Oğuz-Şəki avtomobil yolunun 34.6 km-lik əsas hissəsinin yenidən qurulması davam etdirilir. Əsas hissənin 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə inşa edilir.