SİYASƏT


Azərbaycanın xarici işlər naziri Brüsseldə Avropa Siyasət Mərkəzində çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtında Avropa İttifaqının ən nüfuzlu beyin mərkəzlərindən biri - Avropa Siyasət Mərkəzində (EPC) çıxış edib.
AZƏRTAC xəbər verir ki, EPC-nin siyasət məsələləri üzrə baş analitiki Amanda Polun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın xarici işlər naziri Cənubi Qafqazda münaqişədən sonrakı regional vəziyyəti qonaqlara təsvir edib, 44 günlük Vətən müharibəsindən sonra baş vermiş və davam etməkdə olan əsas proseslərdən danışıb.