Havanın temperaturu tədricən 3-5° enəcək
20.07.2022 [16:23]
Həftəsonunadək Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək. Şimal-qərb küləyi əsəcək, 15-20 metr/saniyə, iyulun 20-22-də isə arabir saniyədə 23-28 metr olacaq. Havanın temperaturu tədricən 3-5° enəcək.
Bu barədə AZƏRTAC-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.