CƏMİYYƏT


AZƏRTAC Çinin Hubey vilayətinə təşkil olunan media-turda iştirak edib

Çinin Hubey vilayəti hökuməti əcnəbilərin vilayətin inkişafı, iqtisadiyyatı, mədəniyyəti haqqında daha yaxından məlumatlanması istiqamətində xarici jurnalistlər üçün media-tur təşkil edib.
Layihədə Yaponiya, Cənubi Koreya, Türkiyə, Qazaxıstan, Rusiya və Vyetnamdan olan jurnalistlərlə yanaşı Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın əməkdaşı da olub.