Hacıqabulda 12 min əhalinin istifadə etdiyi yolun asfaltlanmasına başlanılıb
21.07.2022 [17:29]
Xəbərin mətni
Prezident İlham Əliyevin Sərəncamına əsasən Hacıqabul rayonunun Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 39 kilometr uzunluğa malik Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.