Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
24.07.2022 [14:34]
Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24°, gündüz 30-33° isti, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.