İQTİSADİYYAT


Suqovuşandan gələn su ilə Tərtərdə əkin sahələri suvarılır

Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün bir sıra işlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, bunun üçün Tərtər Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər uğurla həyata keçirilir. Artıq bu ilin məhsulu üçün əkilmiş taxıl, arpa, yem və yonca bitkilərinin suvarılması aparılıb, taxılın biçini isə yekunlaşıb.