CƏMİYYƏT


Ucar rayonunda 29 min əhalinin istifadə etdiyi yol yenidən qurulur

Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 29 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən və 28,5 kilometr uzunluğa malik Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır