Azərbaycan Dövlət İnformasiya Agentliyi

İvanovka və Lahıcda GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb

30.07.2022 [11:57]

Xəbərin mətni

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən İsmayıllı rayonunun İvanovka kəndi və Lahıc qəsəbəsində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, artıq GPON texnologiyasının tətbiq edilməsi üçün lazım olan OLT (Optical Line Terminal) avadanlıqları qurulub.