Goranboyda Safıkürd su anbarına 12 ildən sonra ilk dəfə kifayət qədər su toplanıb
01.08.2022 [13:19]
Xəbərin mətni
Goranboyda Safıkürd su anbarına 12 ildən sonra ilk dəfə kifayət qədər su toplanıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy Suvarma Sistemləri İdarəsi tərəfindən cari ilin 6 ayında əkin sahələrinə 958 ədəd subartezian quyuları vasitəsi ilə 190 min kubmetr, 16 ədəd nasos stansiyalar vasitəsilə 19 min kubmetr, təbii su mənbələrindən isə 18500 min kubmetr su verilib.