“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
02.08.2022 [16:45]
Xəbərin mətni
Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsinə görə, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandasını üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) - “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.