CƏMİYYƏT


“Masdar” şirkəti Qaradağ Günəş Elektrik Stansiyasının inşası üçün maliyyə vəsaitinin tam şəkildə təmin olunduğunu bəyan edib

Dünyanın aparıcı bərpa olunan enerji şirkətlərindən biri olan Əbu-Dabinin “Masdar” şirkəti Azərbaycanda 230 meqavatlıq (MVt) gücündə Qaradağ Günəş Elektrik Stansiyasının maliyyə vəsaiti ilə bağlı məsələnin tam həll olunduğunu bəyan edib.
AZƏRTAC şirkətin tviter hesabında yayılan bəyanata istinadla xəbər verir ki, “Masdar” Birləşmiş Ərəb Əmirliklərinin ilk xarici investisiya əsaslı müstəqil günəş enerjisi layihəsinin həyata keçirilməsi ilə əlaqədar bütün maliyyə məsələlərinin həllindən məmnunluğunu ifadə edib. Layihə Əbu-Dabi İnkişaf Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır