Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ” - “Ferentsvaroş” oyununda qalib müəyyənləşməyib

03.08.2022 [22:16]

Xəbərin mətni

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyununda qalib müəyyənləşməyib.AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Frank Boli oyunun 17-ci dəqiqəsində fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb.