MƏDƏNİYYƏT


Tovuzdakı tarixi Şah Abbas məscidinin investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır

Tovuzun dağlıq Yanıqlı kəndində olan yeganə tarixi məscid qəzalı vəziyyətdə olduğundan illərdir buradan istifadə etmək mümkünsüz olub. Uçub dağılan 17-ci əsrin yadigarı olan bu tikilinin bərpaya ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, “xınna dərəsi” adlanan qədim tarixə malik ərazidə yerləşən Şah Abbas məscidi Birinci Şah Abbasın göstərişi ilə 17-ci əsrdə inşa olunub. Tarixi məscid xarici görünüşü, eyni zamanda, tikiliş üslubu baxımından Gəncədə yerləşən eyniadlı məscidlə demək olar ki, eynidir. Sakinlərin sözlərinə görə, bu məscidə uzun müddət yerli sakinlər özləri baxıb qulluq etsələr də, məscidi qoruyub saxlamaq onların gücü daxilində olmayıb.