İDMAN


Binə Atçılıq Mərkəzində çövkən oyunu üzrə Şuşa kuboku turnirinin final görüşündə qalib müəyyənləşib

Avqustun 6-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzini qapalı manejində baş tutan yarışın son görüşündə “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Polad” komandasi rəqibinə 2:1 hesabı ilə qalib gəlib.