İDMAN


Bakıda polo üzrə Avropa çempionatı və “Prezident kuboku” turniri təşkil olunacaq

Bu ilin sonunda çövkən milli atüstü oyunu üzrə “Prezident kuboku” turniri keçiriləcək. Bu artıq ənənəyə çevrilmiş bir yarışdır. Bu yarışı hansı tarixdə başlamağımızdan asılı olmayaraq, Prezidentin doğum günündə - dekabrın 24-də final oyunu təşkil edirik. Bu il də həmin ənənəyə sadiq qalacağıq. Artıq komandalar həmin yarışlara hazırlıqlara başlayıblar. Həmin turniri səkkizdən çox komandanın iştirakı ilə təşkil etməyi planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev gələcəkdə keçiriləcək yarışlar barədə məlumat verərkən deyib.