Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar
09.08.2022 [12:45]
Xəbərin mətni
Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar.
AZƏRTAC xəbər verir ki, ilk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3:0 hesabı ilə qələbə qazanıb. Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyiblər.