Azərbaycan Dövlət İnformasiya Agentliyi

UEFA Çempionlar Liqası: “Qarabağ” Macarıstan çempionuna qalib gələrək pley-off mərhələsinə yüksəlib

10.08.2022 [00:31]

Xəbərin mətni

“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubuna qalib gələrək pley-off mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da oynanılan matç Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.