Beşinci İslamiadanın açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib
10.08.2022 [01:02]
Xəbərin mətni
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.