İQTİSADİYYAT


Yerüstü piyada keçidlərinin tikintisi davam edir

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.
AAYDA-dan AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrlik hissəsində, eyni zamanda, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformalarının quraşdırılması işləri aparılıb.