İQTİSADİYYAT


Tbilisi prospektində təmir işləri aparılır

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində təmir işləri icra olunur.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, təmir sözügedən prospektin Bakıxanov küçəsindən və Əbdülvahab Salamzadə küçəsinədək olan hissəsində aparılır. Qeyd olunan hissənin uzunluğu 1600 metr təşkil edir.