MƏDƏNİYYƏT


Dənizkənarı Milli Parkda Qazaxıstanın turizm imkanları nümayiş olunur

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində Dənizkənarı Milli Parkda qazax yurtası quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, aksiyada Qazaxıstanın Türkistan və Almatı vilayətlərinin turizm potensialı təqdim olunur. Ölkənin müasir istirahət mərkəzləri, tarixi və adət-ənənələri, “Qazaxıstan” mehmanxanası, “Şımbulak” dağ-xizək kurortu, “Air Astana” aviaşirkəti, “Baykonur” kosmodromu, “Kıran” milli şahin ovu mərkəzi və digər turizm məkanları tarixiliyi və gözəlliyi ilə ziyarətçiləri özünə cəlb edir.