Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib

19.08.2022 [11:48]

Xəbərin mətni

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.
Təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.