Sabah Bakıda 38 dərəcə isti olacaq
19.08.2022 [14:59]
Azərbaycanda avqustun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 35-38° isti, Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacaq.