Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtda 38, bəzi yerlərdə isə 40 dərəcə isti olacaq

20.08.2022 [17:26]

Azərbaycanda avqustun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 35-38° isti, Bakıda gecə 23-25°, gündüz 36-38° isti olacaq.