Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxda günəş enerjisi ilə işləyən artezian quyusu əkin və meşə sahəsinin suvarılmasını təmin edəcək

22.08.2022 [11:00]

Xəbərin mətni

Qərb bölgəsində ilk dəfə olaraq günəş enerjisi ilə işləyən artezian quyusu istifadəyə verilib. Yeni layihə Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi, Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. “Qazax rayonunun Bala Çaylı kəndində suvarma qurğularının quraşdırılması” layihəsinin icrasına artıq başlanıb.