CƏMİYYƏT


Bərdəli melioratorlar sahələrin suvarılmasını vaxtında başa çatdırmaq üçün gücləndirilmiş iş rejimində çalışırlar

Ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından olan Bərdədə 64 min hektara yaxın suvarılan əkin sahəsi mövcuddur. Həmin sahələrin suvarılması dörd mənbə vasitəsi ilə yerinə yetirilir. Yuxarı Qarabağ kanalından götürülən su vasitəsi ilə 41300 hektar, Kür çayından götürülən su ilə 1500 hektardan artıq, Tərtər çayından gələn su ilə 3200 hektar və subartezian quyuları hesabına 17375 hektar əkin sahələrinin suvarılması həyata keçirilir. Sahələrin suvarılmasını vaxtında normalara uyğun olaraq başa çatdırmaq üçün hazırda Bərdə Suvarma Sistemləri İdarəsinin kollektivi gücləndirilmiş iş rejimində çalışır.