Sabah paytaxtda 35, bəzi rayonlarda isə 38 dərəcə isti olacaq
24.08.2022 [17:09]
Azərbaycanda avqustun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24°, gündüz 32-36° isti, Bakıda gecə 19-21°, gündüz 33-35° isti olacaq.