CƏMİYYƏT


Qəbələdə 100 kilometr uzunluqda kanal və arxlar lildən təmizlənib

Qəbələ Suvarma Sistemləri İdarəsi Qəbələ rayonunda 11 mindən artıq su istifadəçisinə balansda olan 972 kilometr kanal və arxlardan, 12 suvarma mənbəyindən ibarət suvarma şəbəkəsi ilə xidmət edir. İdarə tərəfindən hər il kanal və arxlara baxış keçirilərək, növbəti ilin suvarma mövsümünə hazırlıq məqsədi ilə kanal və arxlarda lildən və kol-kosdan təmizlənəcək məsafə və həcm müəyyənləşdirilir. Hazırlanan tədbirlər planına uyğun olaraq, cari il üçün nəzərdə tutulan lildən təmizləmə işləri həyata keçirilir. İndiyədək 100 kilometr uzunluqda kanal və arxlar lildən təmizlənib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır