SİYASƏT
Azərbaycanın Dövlət Bayrağı Laçın şəhərində ucaldılıb
26.08.2022 [12:44]
Azərbaycan Respublikasının Dövlət Bayrağı avqustun 26-da Laçın şəhərində ucaldılıb.
AZƏRTAC xəbər verir ki, korpus komandiri general-mayor Kənan Seyidov bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Məruzədə qeyd olunub: “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
03.06.2023 [20:56]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]