CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək

Azərbaycanda avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 32-36° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq.