CƏMİYYƏT


Maliyyə Nazirliyi maarifləndirici videoçarx hazırlayıb

2023-cü il yanvarın 1-dən etibarən büdcə təşkilatlarında baş mühasib vəzifəsində çalışan və bu vəzifəyə namizədlərdən Peşəkar Mühasib Sertifikatı tələb olunduğundan Maliyyə Nazirliyi tərəfindən Peşəkar Mühasib Sertifikatları ilə bağlı aparılan maarifləndirmə və təbliğat işləri çərçivəsində videoçarx hazırlanıb. Videoçarxda Peşəkar Mühasib Sertifikatının verilmə prosesi, sertifikatın qüvvədə olma, əldə edilmə müddətləri və ardıcıllığı sadə və anlaşılan qrafik izah üzərində göstərilir.