İQTİSADİYYAT


İmişlidə 175 kilometr kollektor-drenaj sistemləri lildən təmizlənib

İmişli rayonunda meliorativ tədbirlərin düzgün aparılması nəticəsində torpaqların münbitliyi artıb. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilib. Zaman keçdikcə şoranlaşan torpaqlar kollektor-drenaj sistemlərinin vaxtında təmizlənməsi ilə əkinəyararlı vəziyyətə gətirilib. Bütün bu işlər Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsi ilə həyata keçirilib.