Gülşad Məmmədova: Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək
03.09.2022 [15:57]
Sentyabr ayının 5-dən hava şəraitinin dəyişəcəyi gözlənilir. Bunu AZƏRTAC-a müsahibəsində Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Belə ki, bölgələrdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.