İQTİSADİYYAT


Oğuzda meliorativ tədbirlər davam edir

Oğuz Suvarma Sistemləri İdarəsi Oğuz rayonunda 13 min hektara yaxın suvarılan sahəni suvarma suyu ilə təmin edir. Bu il suvarılacaq sahələrin 4523 hektarını dənli bitkilər, 45 hektarını texniki bitkilər tütün, 408 hektarını yonca, 215 hektarını bostan tərəvəz, 5440 hektarını çoxillik əkmələr və 1664 hektarını həyətyanı əkmələr təşkil edir.