Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində zəlzələdə 7 nəfər ölüb

05.09.2022 [15:54]

Xəbərin mətni

Çinin Siçuan vilayətində baş verən 6,8 bal gücündə zəlzələ 7 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyinə istinadla xəbər verir ki, zəlzələ vilayətin Qanzi Tibet muxtar prefekturasında yerli vaxtla saat 12:52-də (Bakı vaxtı ilə 8:52) baş verib. Zəlzələ ocağı yer səthindən 16 kilometr dərinlikdə olub.